Çərkəz Şirinov Tofiq Qocayev bütün qanunsuzluqlardan və özbaşınalıqlarından xəbərdardır
Son illər prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə pambıqçılığın inkşafı məqsədi ilə dövlət səviyyəsində işlər aparılır. Ancaq prezidentin bu təşəbbüsünü bəzi məmurlar qulaqardına vuraraq, pambıqçılığın inkşafını özlərinin şəxsi mənfəət obyektinə çevirməkdədirlər. Belə bir məmurlardan biri də Beyləqan rayonunda yerləşən Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinovdur.
Beyləqan rayon sakini Şahin Əsədovun Azfakt.com-a verdiyi məlumata görə, müəsissə direktoru Çərkəz Şirinov dövlətin pambıqçılığın inkişaf etdirilməsi siyasətindən sui-istifadə edərək, özünün şəxsi binznesini inkşaf etdirir. Belə ki, hazırda Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsində 600 hektara yaxın pambıq əkilməsinə baxmyaraq, Çərkəz Şirinovun səhlənkarlığı, layqeydsizliyi nəticəsində bu qədər əkin sahəsi məhv olmaq üzrədir.
Məlumatda qeyd edilir ki, Çərkəz Şirinov pambıq sahələrinin becərilməsi üçün dövlətdən təxminən 300 min manata yaxın vəsait almasına baxmayaraq, demək olar ki, heç ciddi iş görülməyib. Əvəzində isə direktor dövlətdən aldığı vəsiatin bir hissəsinə mal-qara alaraq rəhbərlik etdiyi müəsissədə saxlatdırır.
Çərkəz Şirinovun qanunsuzluqları ilə üzləşən Şahin Əsədovun verdiyi məlumatda bildirilir ki, müəsissə direktoru pambıq sahələrində öz mal-qarasını otardırır. Dəfələrlə Çərkəz Şirinovun bu hərkətinə etiraz edənlər olmasına baxmayaraq, müəsissə direktoru açıq aşkar deyib ki, “dövlət bilər, mən bilərəm”.
Şahin Əsədov iddia edir ki, Çərkəz Şirinovun bu hərəkətləri prezident İlham Əliyevin pambıq siyasətini ayaqlar altına atmaq deməkdir. Çünki ölkə rəhbəri dayanmadan rayonlara səfər edərək, pambıqçılqla maraqlanır və bu sahənin inkşafı üçün bütün lazım olan köməkliklərin edilməsi üçün tapşırıqlar verir. Şikayətçi Şahin Əsədovun iddiasına görə, Çərkəz Şirinov bu özbaşınalığını tələbə yoldaşı, onun əsas himayədarı və bu vəzifəyə təyin edilməsini təşkil edən Tofiq Qocayevə arxalanaraq həyata keçirir. Müəsissə direktorunun himayəçisi olan Tofiq Qocayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri işləyir. Demək olar ayda 1-2 dəfə Beyləqana səfər edən Tofiq Qocayev Çərkəz Şirnovun bütün qanunsuzluqlarından və özbaşınalıqlarından xəbərdardır. Həmçinin bu qanunsuzluqlara və özbaşınalıqlara şərikdir. Çərkəz Şirinov özü hər yerdə deyir ki, Tofiq Qocayev tələbə yoldaşıdır və nazir Heydər Əsədovla yaxındır, onun direktor təyinatı üçün nazirə çatacaq “haqq-hesabı” tələbə yoldaşı vasitəsi ilə çatdırıb.
Qeyd edək ki, Çərkəz Şirinovun dövlət torpaqlarını şəxsi mənafeləri üçün istifadə etməsi ilə bağlı bir neçə həftə bundan öncə oxuculara məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Heydər Əsədovun Beyləqandakı adamı Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin toraq sahəsində gizli şəkildə 500 hektar taxıl əkib. Müəsissə direktoru 500 hektar torpaq sahəsindən 2 (iki) min tona yaxın məhsul əldə edərək satıb. Hazırda qara bazarda taxılın topdan satış qiyməti 0,25 qəpikdən hesablanır ki, buda Çərkəz Şirinova 500 min manat qazanc gətirməsi deməkdir.
Həmin məlumatda Çərkəz Şirinovun əldə etdiyi yarım milyon manat vəsaitin tək yemədiyi, qazancın bir hissəsinin əsas himayədarı olan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri Tofiq Qocayevə verməsini qeyd etmişdik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...