175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti (Şah İsmayıl Xətai metro stansiyası- Hövsan qəsəbəsi) üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə bağlanan müqaviləyə xitam verilib
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, onlara vaxtı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin reysə buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, avtobusun salonunun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığına səbəb olurdu. Sərnişinlərin Agentliyin “ALO 141” Çağrı Mərkəzinə etdiyi (ümumilikdə 157 müraciət) müraciətlər, həmçinin, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər əsasında 175 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib.
Dəfələrlə Agentlik tərəfindən müvəqqəti istismarı həyata keçirən daşıyıcı şirkətə edilən yazılı və şifahi xəbərdarlığa baxmayaraq, daşıyıcı şirkət tabeliyində olan nəqliyyat vasitələrinin yenilənməsi istiqamətində hər hansı ciddi addım atmayıb. Məhz qeyd edilən amillər nəzərə alınaraq, 175 nömrəli xətt üzrə müvəqqəti istismarı həyata keçirən daşıyıcı ilə olan müqaviləyə xitam verilərək xətt üzrə müvəqqəti sərnişindaşımanı həyata keçirmək digər daşıyıcıya həvalə olunub.
Dəyişiklikdən əsasən, sentyabrın 1-dən 175 nömrəli xətt üzrə sərnişindaşımada əsaslı təmir edilmiş avtobuslardan istifadə olunacaq. Yeni daşıyıcıya avtobuslararası intervala ciddi riayət edilməsi, sürücülərin müəyyən olunmuş təlimatlara əməl etməsi, həmçinin, müvəqqəti sərnişindaşımanı müvafiq qanunverciliyin tələblərinə uyğun olmaqla təşkil edilməsi ilə bağlı ciddi tapşırıqlar verilib.
MilliYol.Az
Digər xəbərlər
loading...