"Qarabağ"ın Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadion və biletlərin qiyməti ilə bağlı azarkeşlər arasında narahatlıq yaranıb
Musavat.com xəbər verir ki, müxtəlif saytların yazdığı məlumatlara görə, çaşbaş qalıblar. Azarkeşlər klubun ev oyunlarını hansı stadionda keçirəcəyi ilə bağlı məlumatsız qalıblar. Bu səbəbdən məsələni dəqiqləşdirmək üçün klubun sözçüsü Nurlan İbrahimovla əlaqə saxladıq.
N.İbrahimov məsələyə aydınlıq gətirdi: "Hələ dəqiq bir şey yoxdur. Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu, şəraiti və digər şeylər cəhətdən yaxşıdır. Amma matçların burada baş tutması üçün UEFA icazə verməlidir. Gəlib stadiona baxacaqlar, qərarı verəcəklər. Ona görə də, "Matç 100 faiz Bakı Olimpiya Stadionunda keçiriləcək" demək olmaz. Bir az gözləmək lazımdır".
Bu günə qədər "Qarabağ" ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi. Əgər ÇL-nın matçları Bakı Olimpiya Stadionunda baş tutarsa, son matçda bilet olmadığı üçün kənarda qalan azarkeşlər də rahat futbola baxa biləcəklər. Çünki stadionun tamaşaçı tutumu 68 min 870 nəfərdir.
Matçların bilet qiymətləri ilə bağlı səhv məlumatlar dolaşır. Qiymətlərin 2 dəfə bahalaşacağı, üstəlik avro ilə satılacağı deyilir. Klubun rəsmisi buna da cavab verib: "Qiymətlər 2-20 manat arasında dəyişəcək. VİP bilet isə həmişəki kimi 50 manata satılacaq. Xüsusi qiymət artımı yoxdur. Hər kəs rahat şəkildə biletini alıb, "Qarabağa"a dəstək ola biləcək".
Son matçda bilet tələbatı çox, yer isə məhdud idi. Üstəlik "qara bazar"ın da ortaya girməsi, 4 manatlıq biletin "işbazlar" tərəfindən 40 manata satılması, azarkeşləri yetərincə qəzəbləndirmişdi. Bu məsələ öncəsi və sonrası biletlərin kassalarla yanaşı, online şəkildə də satışa çıxarılması təklifi ortaya atıldı.
N.İbrahimov bu məsələ ilə bağlı da danışıb: "Bu məsələ bizim gündəmimizdə var. Biletlərin online satışı ilə bağlı işlər görürük. Böyük ehtimal məsələ öz həllini tapacaq".
MilliYol.Az
Digər xəbərlər
loading...