“Varislik filan məsələləri hamısı boş söhbətdir. Elə bir məsələ yoxdur. Bu bizim mənəviyyatımıza uyğun gəlmir”
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə mətbuatda Şeyxin varisinin adının açıqlanması məsələsinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Şeyxin qudası Hacı Qalib Salahzadə dünən yerli KİV-ə bildirmişdi ki, Allahşükür Paşazadə hələ minimum 30 il öz postunda qalacaq, ondan sonra isə Qafqazın şeyxi onun varisi - oğlu Məhəmməd Paşazadə olacaq.
C.Paşazadə isə deyib: “Bu söhbətlər artıqdır. Hələ ki, Şeyximiz cavandır. 69 yaşı var. Ruslar demişkən, hələ indi “razqon” götürüb. Ondan sonra Allahın nə məsləhəti olacaqsa, o da olacaq. Kim bu işi elmi, dini cəhətdən bacaraqsa, o da şeyx olacaq”.
MilliYol.Az
Digər xəbərlər
loading...