“ING Bank”: “Brent” və “WTI” neft markaları arasinda qiymət spredi 10 dolları ötə bilər
“Brent” və “WTI” neft markalarının qiymətindəki fərq 10 ABŞ dollarını ötə bilər.
“Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu barədə proqnoz Hollandiyanın “ING Bank” investisiya bankının analitikləri tərəfindən verilib.
Qeyd edək ki, son aylar ərzində qiymət spredi önəmli dəyişiklik göstərməyib və 2-3 dollar/barel arasında dəyişib. Lakin Meksika körfəzində yaranmış “Harvey” qasırğası spredin 5,5 dollar/barelə çatmasına gətirib çıxarıb. Bu da 2015-ci ilin yay aylarından bu günədək olan ən maksimal həddir. “ING” analitikləri bildirirlər ki, qasırğa nəticəsində ABŞ-ın Meksika körfəzi bölgəsində yerləşən bir çox neftayırma zavodu istehsal gücünü azalda bilər. Hasilat bərpa olunduqda isə neft qiymətlərinin təzyiqlə üzləşməsi mümkündür.
“ING” analitiklərinə görə, “Brent” və “WTI” markalı neft qiymətləri arasındakı spred 10 dollar/barelə yüksələ bilər. Buna səbəb kimi neft satıcılarının yerli alıcılardan xarici istehlakçılara yönəlməsi üçün müəyyən endirimlər tətbiq etməsi zərurəti göstərilir. Bank 2017-ci ilin sonu və ya 2018-ci ilin əvvəlində spredin ikirəqəmli səviyyəyə çatacağını proqnozlaşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...