Rusiyanın Sverdlovsk vilayətinin Serov şəhəri yaxınlığında yerləşən Energetik qəsəbəsində azərbaycanlılar dava salaraq atəş açıblar
Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, hadisə qəsəbədəki mədəniyyət evinin qarşısında baş verib. Gecə vaxtı sakinlər küçədə atəşfəşanlığın olmasını zənn ediblər, lakin sonrada məlum olub ki, odlu silahdan atəş açılır.
“İki “Porsche Cayenne” markalı avtomobildə olan adamlar nəyisə bölüşdürə bilməyiblər və artıq onlardan biri çıxıb getməyə hazırlaşarkən, digəri atəş açıb. Polisə zəng etdik, dedilər ki, adamlarını göndərirlər. Hadisənin baş verdiyini bilə-bilə onlar niyə özləri bura gəlmir? Mədəniyyət idarəsindən bildirdilər ki. hadisə mədəniyyət evinin ərazisində baş verməyib. Dedilər ki, axı biz tolerantıq!” – “Qlobus” portalı hadisə şahidinin dediklərini yazıb.
Sosial şəbəkədə yerli sakin Şahin Rüstəmov qeyd edib ki, toyda azərbaycanlılar olub və onlar hadisə yerindən kənara çəkilərək, “məsələni həll etməyə” razılaşıblar. Polis bu barədə daha sonra rəsmçi məlumat yayacağını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...