Rüfət Aslanlı…böhran dövründə parlayan “ulduz məmur”, “iqtisadi islahatların əvəzolunmaz keşikçisi” və s. ilaxır...
Son illərdə onun adını daha çox bu terminlərlə xarakterizə edirlər. Yəni, Məlikməmməd tapılıb, cini şüşəsindən çıxaracaq, ölkəni düşdüyü vəziyyətdən xilas edəcək.
Və R.Aslanlının elə bir obrazı və reputasiyası yaradılıb ki, iqtisadi blokda olan nazir-məmur korpusunun taladığı, məhv etdiyi iqtisadiyyatı “Çe gevara” xilas edəcək.
Amma ölkə iqtisadiyyatı Maliyyə Bazarlarına Nəzarət Palatasının reanimasiya şöbəsinə yerləşdirilib desək yanılmarıq.
Ölkə iqtisadiyyatına yenilik gətirə bilməyincə, bank sektoru can verməyə davam etdikcə Palata sədri Rüfət Aslanlının reformist imici domino daşı kimi dağılmağa başladı.
İndi onun həyat tərzi, böhrandan qazandıqları islahatçıdan daha çox ənənəvi məmur imicini özünə qaytarıb. Axı səmimi olmaq lazımdır?!
AnaXeber.az yazır ki, R.Aslanlının təkəbbürlü, soyuqqanlı davranışlarının arxasında gizlənən tipik oliqarx-məmur fəaliyyəti ona münasibəti şaquli və horizontal şəkildə dəyişib.
Bahalı şərablar, elit restoranlar, lüks otellər, zadəgan həyatı – heç də iqtisadi böhrandan çabalayan ölkədə reformist bir məmura yaraşmır. Axı bu pulları necə qazanıb?
MBNP onun ayda 65 min manat maaş almasını da təkzib edirsə, bəs hansı pullarla oliqarxa çevrilib? Ya 65 min doğrudur, ya da Palatanın vasitəsi ilə yuyulan pullar, maxinasiyalar onu belə varlandırıb.
İşə bir bax – prezident maliyyə bazarında vəziyyətin sabitləşməsini ona tapşırır, R.Aslanlı isə özünü Ziya Məmmədov və başqaları kimi aparır.
Beləliklə, devalvasiyadan sonra çökən bank sektorunu diriltməyə gəlmiş, maliyyə bazarında hökm sürən xaosu stabilləşdirmək üçün çırmanmış “iqtisadiyyatın Saakaşvili”si indi korrupsioner nazirlər kimi aristokratik həyat yaşayır. Bu da prezident İlham Əliyevə gənc bir məmurun sədaqət andı!!!
AnaXeber.az yazır ki, R.Aslanlı hər həftə sonu Bakının elit klublarında dostlarını ətrafına yığır.
Palata sədrinin şərablara xərclədiyi pulların məbləği 3000-5000 manat arasında dəyişir. İqtisadi inkişafın ecazkar mənzərəsi…
Onun gəzdiyi ölkələrdə, kurort bölgələrdə qaldığı otellər, yemək yediyi restoranlar, verdiyi hesablar…rəsmən bir oliqarxa ölkənin maliyyə sektorunu xilas etmək tapşırılıb ki, o da “qaş düzəldən yerdə, vurub göz çıxarır”.
Bizə inanmayanlar alternativ medianı da izləyə bilər. Moderator.az yazmışdı, musavat.com da yaymışdı ki, R.Aslanlının şəffaflıq dərsi İstanbuldakı bahalı restoranlardan birinə buxarlanıb uçdu.
Sən demə, İstanbulun ən dəbdəbəli istirahət məkanlarından hesab olunan “Sunset” restoranında VİP məkanlardan biri ünlü sənətçi Sibel Can tərəfindən kirayələnibmiş.
Ancaq R. Aslanlı restoran inzibatçısına cəlbedici təklif edərək həmin məkanda dostları ilə ürəyi istədiyi kimi əylənməyə müvəffəq olub.
Həmin cəlbedici təklif də bahalı “Petrus” şərbalarının sifariş edilməsi olub və restoran rəhbərliyi belə səxavətli müştərinin cəlbedici təklifinə “yox” deyə bilməyiblər.
AnaXeber.az yazır ki, MBNP-dan gözləntilər, ölkə rəhbərliyinin və cəmiyyətin umacaqları tam fərqliydi.
Bu qurumun cəmiyyətdən gələn çağırışlara müsbət mənada reaksiyalar verəcəyi və bazarlarda şəffaflığı təmin edəcəyi gözlənilirdi.
Rüfət Aslanlı əgər belə məsələlərdə özünə güvənirsə, tele-debat təşkil edib, həm iqtisadçılar, həm də hüquqşünaslar onunla bu barədə normal diskusiya apara bilərlər.
Və bu sübut olunacaq ki, onun verdiyi qərarların bir çoxunda yalnışlıqlar var. Hətta ölkə konstitusiyasına zidd addımlar var.
Ümumiyyətlə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) özü tamamilə yersiz bir qurum idi. Və Mərkəzi Bankın (MB) islah olunmadığını görən hökumət MBNP yaratdı.
Bu qurum yaranar-yaranmaz nağd vəsaitə nəzarətin gücləndirilməsi və qadağaların qoyulması (bank hesablarında vəsaitin çəkilməsinə görə) ümumiyyətlə konstitusiyaya zidd bir addım idi.
Hər bir fiziki və hüquqi şəxsin hesabında olan vəsait onun mülkiyyətidir. Mülkiyyətdən istifadəyə görə məhdudiyyətləri ancaq məhkəmə qoya bilər.
R.Aslanlının rəhbərlik etdiyi qurum, insanların və şirkətlərin nağd vəsaitdən istifadəyə qadağa qoydu. Yəni bu mülkiyyətdən və onun istifadə hüququndan məhdudlaşdırılması deməkdir.
Və bu həmin R.Aslanlıdır ki, problemli kreditlərlə bağlı məsələdə də vətəndaşların yox, bankların tərəfini saxlayırdı.
Hətta parlamentdə deputat Vahid Əhmədovla qurum sədri arasında bir gərginlik də yaşanmışdı. Eyni zamanda Ali Məhkəmə sədri Ramiz Rzayevlə R.Aslanlının görüşü də bankların xeyrinəydi.
Beləliklə, böhran dövründə varlanan, öz şəxsi maliyyə bazarını yaxşılaşdırna Maliyyə Bazarlarına Nəzarət Palatası sədri hələ ki, heç bir reforma ilə yadda qalmayıb.
Xatırladaq ki, aprelin 7-də parlamentin iclasında məhz Rüfət Aslanınlın iştirakı ilə keçirilən müzakirələrdə Q. Həsənquliyev olduqca kəskin çıxış edərək İnzibati Prosessual Məcəllədə təklif edilən mürtəce dəyişikliyiə etiraz etmişdi.
Diqqətçəkən bir məqam da ondan ibarət idi ki, həmin iclasda Rüfət Aslanlıya etiraz edən təkcə Q. Həsənquliyev olmadı və istər Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev, istərsə də Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov Maliyyə Bazarlarına Nəzarət Palatası sədrini parlamentə gəldiyinə peşman etdilər.
Bu azmış kimi sonda spiker Oqtay Əsədov da həmkarlarının etirazına qahmar çıxaraq üstüörtülü şəkildə Rüfət Aslanlını danladı, banklardan ay ərzində yalnız 30 min manat nəğd pul çıxarılması haqqında qərarın düşünülməmiş və mümkün fəsadları nəzərə alınmamış bir dəyişiklik olduğunu qeyd edərək bu məsələyə yenidən baxılmasının zəruriliyini vurğulamaqla əslində bütövlükdə parlamentin bu dəyişikliklərə qarşı olduğunu ortaya qoymuş oldu.
Mənbə: AnaXeber.az
MilliYol.az
Digər xəbərlər
loading...