Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədova daha bir vəzifə verib
“Report” xəbər verir ki, H.Məmmədov bu gündən fəaliyyətini həm də nazirin büdcə məsələləri üzrə müşaviri kimi davam etdirəcək.
Yeni təyinatdan sonra F.Məmmədovun müşavirlərinin ümumi sayı 12-yə çatıb. Nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev və Rahim Əfəndiyevdir.
Qeyd edək ki, yeni müşavir baş direktor vəzifəsinə bu ilin iyulunda təyin edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...