“Saytımız, çoxunun iddia etdiyi kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb”
“Layihənin pulunu mən almışam, Mehman Əliyev yox”. Bu sözləri “Haqqın.az” və “virtualaz.org” saytlarının rəhbəri Eynulla Fətullayev deyib.
“Turan” İnformasiya Agentliyinin rəhbərliyinə qarşı irəli sürülən ittihamlara münasibət bildirən E.Fətullayev deyib ki, saytları yaratmaq üçün Qərb fondlarından qrant alıb və bu işdə ona Mehman Əliyev kömək edib: “Mən onda Sorosdan, Norveç və Almaniya hökumətlərindən haqqin.az layihəsinin yaradılmasına təxminən 200 min dollardan çox pul aldım. Bizim saytımız, çoxunun iddia etdiyi kimi, hökumətin yox, Qərbin pulu ilə yaradılıb. Və Mehman Əliyevlə Şahin Hacıyev bunu bilirlər.
Mən həqiqətən də Mehman Əliyevə və Şahin Hacıyevə xahişlə müraciət etmişdim, çünki mən həbsxanada olanda onlar mənim hüquqlarımı müdafiə edirdilər. Mənim qeydiyyatdan keçmiş təşkilatım yox idi. Bundan başqa, Fondun vəzifələrindən biri də jurnalist layihələrinə kömək etməkdən ibarətdir. Və böyük minnətdarlıq hissilə yada salıram ki, onlar mənə kömək etdilər. Mən saytı yarada bildim. Yəni pulu mən almışam, Mehman Əliyev yox”.
Qeyd edək ki, avqustun 29-da Vergilər Nazirliyinin İstintaq İdarəsində Nəcəf Nəcəfov Fondunun başçısı, “Turan” İnformasiya Agentliyinin direktor müavini Şahin Hacıyev dindirilib. Bu barədə virtualaz.org-a Ş.Hacıyevin özü məlumat verib. İstintaq İdarəsi N.Nəcəfov Fondunun fəaliyyətinin araşdırılmasına başlayıb. Mehman Əliyev fondun altı təsisçisindən biridir.
Ş. Hacıyevdən xüsusən 2011-ci ildə Norveç səfirliyi və Soros fondu tərəfindən N.Nəcəfov Fonduna ayırılmış qrantlar haqda soruşublar. Eynulla Fətullayev rəhbərlik etdiyi saytlar vasitəsilə məhz həmin məsələyə aydınlıq gətirib.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Mehman Əliyev Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.(azpolitika.info)
MilliYol.Az
Digər xəbərlər
loading...