Beyləqan rayon DSMF-nin müdiri Xaqani Hüseynovla bağlı saytımızda dərc olunan şikayət məktublarına rəsmi münasibət gəlib. MilliYol.Az qarşı tərəfin mövqeyini dərc edir:
"Elvin Cabbarov və Bəxtiyar Nəbiyev adlı vətəndaşların şikayəti ilə bağlı apardığımız araşdırmada məlum oldu ki, Beyləqan rayonunda bu ad-soyadlı vətəndaşlar yaşamır və saytınıza göndərilən şikayət məktubu başdan-ayağa yalandır. Şikayət məktublarında adları çəkilən şəxslərin saxta ad-soyad yazması onu göstərir ki, bu məlumatları hansısa riyakar şəxslər yaymaqla DSMF-nin Beyləqan şöbəsinin işçilərinə qarşı şər və böhtan kampaniyası aparırlar. Nəzərinizə çatdırırq ki, DSMF-nin Beyləqan şöbəsi hər zaman rayon sakinlərinin problemlərini həll etməklə məşğuldur. Şöbə müdiri Xaqani Hüseynov öz vəzifə borcunu hər zaman layiqincə yerinə yetirməklə, rəhbərliyin etimadını qazanıb".
Digər xəbərlər
loading...