Rusiya liberal-demokratlarının lideri Vladimir Jirinovski videobloger Yuri Duda müsahibəsində ölkə prezidenti Vladimir Putinin hakimiyyəti dövründə yol verdiyi 3 ən böyük səhvini açıqlayıb
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının səhvlərindən danışarkən Jirinovski deyib:
“Birincisi, Federasiya subyektləri iriləşdirilməli idi. Altı muxtar dairəni ləğv etdilər, sonra dayandılar. Davam etmək lazım idi”, - Jirinovski deyib.
Onun fikrincə, Putinin ikinci səhvi bütün Ukraynanı almaq əvəzinə, Krımı almaqdır. Jirinovski deyib ki, o, hələ 1991-ci ildən – SSRİ dağılmağa başlayanda bu fikirdə olub: “Yalnız biz – RLDP və şəxsən mən o vaxt QKÇP-ni dəstəklədik. Ancaq ona görə ki, ölkə dağılmasın”.
Üçüncü səhv kimi liberal-demokratların lideri Putinin kiçik sahibkarlığa münasibətini göstərib. “Bunlar üç əsas səhvdir. Onlarla saya bilərəm”, - Jirinovski sözlərini tamamlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...