Bu il 4 minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, bu ilki müsabiqədə iştirak üçün 50 minə yaxın namizəd qeydiyyatdan keçib. Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib.
E.Bağırov bildirib ki, müsabiqənin müsahibə mərhələsində 400-ə yaxın namizəd uğur qazana bilməyib.
E.Bağırov müsabiqədən narazı olanların müraciətlərinə baxılma üçün Təhsil Nazirliyində Apelyasiya Komissiyasının yaradıldığını da deyib:
"Namizəd Apelyasiya Komissiyasında uğur qazana bilmədiyi halda da müddətli əmək müqaviləsi ilə işləmək üçün şans qazanır. Həmin müəllimlərin il ərzində yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə cəlb edilməsi üçün tədbirlər həyata keçirilir. Əgər həmin müəllimin dərs dinləmələri zamanı nəticələri qənaətbəxş olsa, biz tədris ilinin sonunda onun müqaviləsini daimi etməyə hazırıq".(Trend)
MilliYol.Az
Digər xəbərlər
loading...