Ziya Məmmədovun müşaviri ilə qohumunun məhkəmə çəkişməsi davam edir
Musavat.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun barəsində olan qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Bir müddət əvvəl həbsdən çıxan R.Əhmədovun işinə hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb. Anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmənin növbəti iclası sentyabrın 5-nə təyin edilib.
R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevlə qohum olub.
Baxşıyevin yaxın adamı olan, onun işlərini görən R.Əhmədov həbs edilmişdi. O, Baxşıyevin qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını ələ keçirməkdə ittiham edilir. R.Əhmədov Ç.Baxşıyev və qızlarına məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirməkdə suçlanır.
2016-cı il aprelin 18-də Cinayət Məcəlləsinin 17.83.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülən R.Əhmədov həbs edilmişdi.
İş Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunandan sonra - 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.
Bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.
Amma hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.
MilliYol.Az
Digər xəbərlər
loading...