Azərbaycan əsilli rejissor Rodion İsmailovun “Plaskart” sənədli filmi Avstriyada keçirilən “DER NEUE HEIMATFILM” (“Vətən haqqında yeni film”) kinofestivalında “Ən yaxşı sənədli film” nominasiyası üzrə qalib adını qazanıb
Avqustun 23-dən 27-dək Avstriyanın Frayştadt şəhərində keçirilən kinofestivalda ənənəvi olaraq bədii və sənədli filmlər nümayiş etdirilib. Bu il ən yaxşı sənədli film kimi rejissor R.İsmailovun “Plaskart” filmi qalib olub.
Moskva-Vladivostok qatarında çəkilən film Rusiya vətəndaşlarının çoxmillətliliyini və müxtəlifliyini göstərir.
Rejissorun sözlərinə görə bu, ekran əsərinin aldığı ilk böyük mükafatdır.(AZƏRTAC)
MilliYol.Az
Digər xəbərlər
loading...