İsrailin “Aeronautics” müdafiə şirkətinin dərc etdiyi birja kommünikesində bildirilir ki, Müdafiə Nazirliyinin ixracata nəzarət şöbəsi əhəmiyyətli müştəriyə 20 milyon dollarlıq “Orbiter K1” PUA-nın satışına müvəqqəti qadağa qoyub
Virtrualaz.org xəbər verir ki, bu barədə NEWSru.co.il saytı yazıb.
Kommünikedə qeyd olunur ki, sözügedən satış 2017-2018-ci illərdə həyata keçirilməli idi. 2016-cı ildə eyni müştərinin alışları şirkətin gəlirlərinin 20%-ni təşkil edib. 2015-ci ildə isə bu göstərici 18%-ə bərabər olub.
“Bizportal” yazır ki, şirkət müştərinin adını çəkmir, lakin eyni zamanda göstərir ki, söhbət “Moody`s” agentliyinin qiymətləndirməsi üzrə Ba reytinqinə malik ölkədən gedir ki, həmin ölkə ilə İsrailin sıx iqtisadi əlaqələri mövcuddur.
Bundan əlavə, həmin ölkədə “Aeronautics”in lisenziyası əsasında PUA üçün ehtiyat hissələri istehsal edən zavod yerləşir.
Nəşr qeyd edir ki, “Aeronautics”in müştəriləri arasında Ba kredit reytinqinə malik yalnız iki ölkə var – Serbiya və Azərbaycan. Lakin yalnız Azərbaycanda bu şirkətin zavodu fəaliyyət göstərir. Bununla belə, kommünikedə Azərbaycanın adı birbaşa çəkilmir.
NEWSru.co.il saytının redaksiyası bu məlumatı şərh etmək üçün İsrailin Müdafiə Nazirliyinə müraciət edib. Bu dəqiqəyə qədər müraciətə cavab alınmayıb.
Xatırladaq ki, bir neçə həftə öncə “Maariv a-Şavua” qəzeti yazmışdı ki, İsrailin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems” İsrail şirkətinin operatorlarının Azərbaycana satılan yeni pilotsuz texnikanın imkanlarının Ermənistana məxsus hədəflər üzərində nümayiş etdirilməsinə etiraz etmələri ilə bağlı məlumatın yoxlanılmasını həyata keçirir.
MilliYol.Az
Digər xəbərlər
loading...