Nəsimi Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə "Kanal 13" internet televiziyasının direktoru Əziz Orucov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb
Virtualaz.org saytının xəbərinə görə, prosesdə qərar elan olunub. Qərara əsasən, Ə.Orucovun barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə artırılıb.
Qeyd edək ki, Ə.Orucov bu il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona məhkəmə 30 sutka inzibati həbs cəzası barədə qərar çıxarıb. İyunun 1-də isə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib.
Daha sonra Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
MilliYol.Az
Digər xəbərlər
loading...