İqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın Federal Rezerv Sisteminin uçot dərəcəsini dəyişməməsi ilə bağlı qərarına münasibət bildirib.
N. Cəfərli qeyd edib ki, FED, gözlənilən kimi Brexit`i, yəni Britaniya referendumunu və bezi veriləri əsas gətirərək faiz artımını ertələdi, amma bu il uçot dərəcəsinin azı bir dəfə artacağını da açıqladı: “FED dünyanı çox ehtiyatla, ağılla bu hadisəyə hazırlayır, gah "şahin", gah da "göyərçin" açıqlamalar verərək birjaların nəbzini yoxlayır. Yellenin çıxışını diqqətle izlədim, neft haqqında dedikləri də maraqlı oldu. Neft qiymətləri yerindəcə reaksiya verərək, 48 dollara qədər gerilədi, baxmayaraq ki, dünen ABŞ-da neft ehtiyatları azalmışdı.
Bizim "durba" modeli iqtisadiyyatımıza FED qərarları neft ve qonşu ölkələrin valyutalarının ucuzlaşması üzərindən təsir edir. Yaxın həftələrdə manat yavaş-yavaş ucuzlaşacaq, kəskin devalvasiya olmayacaq, məzənnə 1,65 manat=1 dollar səviyyəsinə qədər ucuzlaşa bilər, yəni, koridorun üst səviyyəsi 1,65 görünür”.
MilliYol.Az
Digər xəbərlər
loading...