"Bizim Rusiyadan tələbimiz odur ki, prossesə müdaxilə etməsin. Bu Ermənistanla Azərbaycanın arasında olan problemdir. Müharibə gedəcəksə, iki dövlət arasında getməlidir".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bu gün Moskvaya səfərinin əsas məqsədlərini şərh edərkən deyib.
Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan Rusiyanı da prossesə qatmağa çalışır: "Amma hələ ki, alınmır. Çünki Rusiya bütün anlaşmalara görə Ermənistanın təhlükəsizliyinə cavabdehdir. Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır. Ona görə də prosesə qarışmır. Sadəcə tərəflərə təsir edir ki, atəşkəsə riayət olunsun. Ancaq buna da nail ola bilmir. Ona görə də Ermənistan hakimiyyətinin, generallarının canfəşanlığı nəticə vermir. Yenə Moskvaya yalvarmağa gediblər ki, Rusiya Ermənistana dəstəyini artırsın. Nəhayət 200 milyon dollar versin ki, Ermənistan Rusiyanın özündən silah-sursat ala bilsin. Bu krediti də Rusiya hələ ayırmayıb. Sözdə vəd verib, amma bu pul Ermənistanın əlində deyil ki, silah ala bilsin. Son döyüşlərdə hər iki tərəfin silah-sursatında azalma müşahidə olub. Azərbaycanın ehtiyatlarını artırmaq imkanı var, yeni silah növləri ala bilir. Ermənistanın isə bu imkanı, maliyyə resursları yoxdur".
Politoloq bildirib ki, Ermənistanın ordu komandanlığının Moskvaya səfəri Rusiyanın dəstəyini artırılmasına nail olmaq məqsədi daşıyır: "Əsas da sözügedən krediti əldə etməyə çalışırlar. Çünki Ermənistanın son döyüşlərdə silaha azalıb, tankları hərbi texnikaları sıradan çıxıb. Onların yerini doldurmaq lazımdır. Bunun yolunu Rusiyadan pul dilənməkdə görür.
Biz də Rusiyadan silah alırıq. Bu Ermənistanı qıcıqlandırır. Münaqişə çərçivəsində Rusiya Ermənistana silah yardımı edirsə, bu onun öz işidir. Bizi narahat edən odur ki, Rusiyanın verdiyi silahlar Dağlıq Qarabağda peyda olur. Bununla bağlı bir müddət öncə Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya nota da vermişdi. Bunu etsə də, bizim Rusiyadan tələbimiz odur ki, prossesə müdaxilə etməsin.
Əgər Rusiya birbaşa Qarabağ probleminə, döyüşlərə müdaxilə etsə, əvvəlcə vəziyəti gərginləşdirəcək. İkincisi, Rusya-Azərbaycan münasibətləri pozulacaq. Üçüncüsü isə münaqişə daha geniş miqyas alacaq, Azərbaycana Türkiyə dəstək verəcək. Müharibənin regional toqquşmalara çevrilməsi ehtimalı artacaq ki, bu da Rusiyanın maraqlarına ziddir".
Digər xəbərlər
loading...