Dövlət İmtahan Mərkəzi (DİM) test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması işinə müqavilə əsasında mütəxəssis qəbulu elan edib
Bu barədə DİM-dən məlumat verilib.
Mərkəzdən bildirilib ki, müqaviləçi ali təhsil müəssisələrinin bakalavriat və müxtəlif ixtisas istiqamətləri üzrə magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını hazırlamaq üçün qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:
Bura sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək, test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərcüməsinin ekspertizasını həyata keçirmək daxildir.
Müraciət edən şəxslər orta təhsil üzrə buraxılış və bakalavriat səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün müvafiq fənlər üzrə ən azı bakalavr təhsilinə, magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün isə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalı, Azərbaycan və (və ya) rus dilini mükəmməl bilməli, Mircrosoft Office proqramlarında işləməyi bacarmalıdır.
Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdəsinə götürməli və nəzərdə tutulan öhdəlikləri tam keyfiyyətlə və vicdanla yerinə yetirməlidir.
Bildirilib ki, müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanmaları üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Bu sahəyə marağı olan şəxslərin verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq 2017-ci il sentyabr ayının 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərmə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
MilliYol.Az
Digər xəbərlər
loading...