Donald Tramp ABŞ mətbuatının əsl anti-qəhrəmanıdır. Demək olar, hər gün onun haqqında yeni-yeni kompromat xarakterli məlumatlar ortaya çıxır
ABŞ jurnalistəri, analitiklər Ağ Evin indiki rəhbərinin keçmişini qurdalayır, onun həm iş, həm də özəl həyatı ilə bağlı qaranlıq məqamları üzə çıxarırlar.
Bu yaxınlarda Newsweek qəzetində Donald Trampın biznes keçmişinə dair maraqlı məlumat dərc edilib.
Qəzeti iddiasına görə, vaxtilə D.Tramp Avstraliyanın Kuinslend bölgəsində otel-kazino tikmək istərkən yerli hakimiyyət onun bu niyyətinin qabağında sədd çəkib.
“Newsweek” bu barədə müvafiq informasiyanın ilk dəfə ölkənin “News Corporation” şirkətinə mənsub “The Australian” qəzetində ortaya çıxdığını bildirir. Jurnalist araşdırması zamanı hökumətin iclaslarının protokolları və gizli polis raportları da məqaləyə əlavə olunub.
Yazıda 30 il öncə, 1987-ci ildə Trampın yeri “Kern Corporation” şirkəti ilə birlikdə Sidney tarixində ilk dəfə kazino tikmək istədiyi qeyd olunur.
Həmin vaxt tikinti üçün 4 ərizə təklifi olub. Onlardan 3-ü o cümlədən Tramp və Kernin irəli sürdüyü təklif polis yoxlamasından sonra rədd edilib: “İdarə belə hesab edir ki, reputasiya, dürüstlük və prinsipiallıq kimi meyarlara görə HKMS, Kern/Trump və Federal/Resort/Sabemo şirkətlərinin ərizələri qeyri-məqbul hesab edilsin. Onların hər biri ayrı-ayrılıqda təhlükəlidir. Biz “Atlantik-Siti”ni (ABŞ-ın Nyu-Cersi ştatında şəhərdir. Burada Trampın şirkətinə məxsus “Tac Mahal” əyləncə mərkəzi yerləşir) Sidney üçün olduqca pis nümunə hesab edirik. Fikrimizcə, cənab Donald Trampın mafiya ilə əlaqələri onun konsorsiumda iştirakını istisna edir ”. Yeni Cənubi Uels ştatının hökumətinin gizli protokolunda belə yazılıb.
Hökumət protokolunda “Canadian Imperial Bank of Commerce” bankının ekspert rəyinə də yer verilib. Belə ki, bank Tramp və Kern korporasiyasının ərizəsində kazinonun gəlirləri və investorların mənfəəti barəsində şişirdilmiş məlumat verdiyi qənaətinə gəlib.
“Newsweek”dəki məqalənin müəllifi Sifiya Lotto Persionun sözlərinə görə, D.Trampın mafiya ilə bağlı əlaqələri seçki kampaniyası boyu mətbuatın diqqət mərkəzinə düşsə də heç kim onu mafiyanın partnyoru saymayıb. Lakin Trampın tanışlıq şəbəkəsi həmişə qaranlıq fiqurlardan ibarət olub.
“The Wall Street Journal” ABŞ prezidentinin vaxtilə Federal Təhqiqat Bürosunun maraq dairəsinə də düşdüyünü yazır. Belə ki, 1981-ci ildə Donald Tramp FTB-yə Atlantik Sitidəki payı və ortaqları ilə bağlı məlumat verməyə məcbur olubmuş.
Əmlak maqnatı həmin məlumatların onun ailəsinin reputasiyasını zədələyə biləcəyini etiraf edibmiş.
FTB-nin protokollarında Trampın bir zamanlar Pensilvaniyada mütəşəkkil cinayətkar şəbəkəsinə rəhbərlik edən cinayətkarla, Nyu-Yorkda at yarışlarının mərc qoyuluşlarında fırıldaqçılıqla məşğul olan və buna görə məhkum edilən dilerlə, reket əməlində şübhələnən həmkarlar ittifaqı lideriylə, habelə mafiya ilə əlbir olaraq maxinasiyalar törədən rieltorla iş münasibətlərində olduğu bildirilib.
Məsələnin digər diqqət çəkən məqamı bununla bağlı ilk yazını dərc edən “The Australian” qəzetinin məxsus olduğu şirkətlə bağlıdır.
Belə ki, News Corporation şirkəti D.Trampı tək-tük müdafiə edən mediamaqnat Rupert Merdoka məxsusdur.
Hər halda prezidentə yaxın müttəfiq sayılan bir şirkətin qəzetində bu cür məlumatın çıxması Ağ Evin rəhbəri üçün yaxşı əlamət sayılmamalıdır.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...