“Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihənin icrasına başlayıb.
“Əqli və fiziki qüsurlu uşaqların məktəbəqədər təhsil fəaliyyətinə cəlb olunması üçün mentor müəllimlərin hazırlanması” adlı layihə Saatlı, Sabirabad və İmişli rayonlarında həyata keçirilir. Layihə çərçivəsində ilk mentor təlimi Saatlı rayonunda yerləşən Tarix və Diyarşünaslıq muzeyində baş tutub. Təlim zamanı müəllimlərə beynəlxalq təcrübə və Azərbaycan metodu haqqında ətraflı məlumat verilib. Təlimi tanınmış və təcrübəli ekspert İnnovativ İdeyalar İnsitutunun direktoru Ramil Süleymanov aparıb.
Layihə çərçivəsində ikinci görüş məktəbəqədər hazıqlı kursunda iştirak edəcək uşaqların valideyinləri ilə olub.
Layihənin rəhbəri, “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova çıxış edərək layihə haqqında ətraflı məlumat verib. İradə xanım son illər ölkə pəhbərliyinin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyilə bu sahədə həyata keçirilən işlərlə bağlı danışıb. İctimai Birliyinin sədri bildirib ki, layihə çərçivəsində bu rayonlarda geniş maarifləndirmə işləri aparılacaq. Müəllimlərlə, valideynlərlə, ictimai fəallarla görüşlər təşkil ediləcək. Layihə əqli və fiziki qüsurlu uşaqların məktəbəqədər təhsil fəaliyyətinə cəlb olunması üçün mentor müəllimlərin hazırlanması ilə yekunlaşmayacaq. Bu sahədə olan problemlər araşdırılacaq, onların həlli yolları müzakirəyə çıxarılcaq.
Təlim və görüşlər 11-14 iyun tarixlərdində baş tutub.
Təlimin 3-cü günü ilk dərsə start verilib. Dərsi tanınmış təlimçi Aynur Qarayeva aparıb.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...