Əsas valyuta cütlüyü sayılan avro/dolların məzənnəsi 1,20 USD/EUR səviyyəsini ötüb
"Report" xəbər verir ki, buna səbəb Şimali Koreyanın raket atışı olub. Qeyd edək ki, Şimali Koreyanın atdığı raket Yaponiya üzərindən keçərək Sakit okeana düşüb.
Yaranan geosiyasi gərginlik ABŞ dollarına mənfi təsir edib. Belə ki, ABŞ hökuməti dəfələrlə Şimali Koreyaya bu mövzuda xəbərdarlıq edib.
Qeyd edək ki, dolların ucuzlaşması prosesi ötən həftənin sonunda başlayıb. ABŞ-ın Cekson Hol kurort şəhərciyində keçirilən mərkəzi bankların sammitində çıxış edən FED rəhbərinin "yumşaq" çıxışı sonrasında 1,18 USD/EUR səviyyəsindən yüksəlməyə başlayan məzənnə, daha sonra Meksika körfəzindəki "Harvey" qasırğasının ABŞ iqtisadiyaytına vurduğu 40 mlrd. dollarlıq zərərlə 1,20 USD/EUR səviyyəsinə yaxınlaşıb.
"Bank of Tokyo-Mitsubishi"nin Sinqapur ofisinin analitiki Teppey İno bildirib ki, dolların geosiyasi gərginlik səbəbindən Yaponiya yeni ilə müqayisədə ucuzlaşması davam edə bilər: "Vəziyyətin tezliklə düzələcəyi gözlənilmir. Hər bir hadisəyə hazır olmalıyıq".
Qeyd edək ki, USD/EUR məzənnəsi hazırda 1,2030 səviyyəsində yer alıb və bu, 2015-ci il yanvarın 1-dən etibarən ən yüksək həddir.
MilliYol.Az
Digər xəbərlər
loading...