Deputat Qalib Salahzadə: “Allahşükür Paşazadə, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq”
“Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.
MilliYol.Az modern.az-a istinadən xəbər verir ki, bu sözləri Allahşükür Paşazadənin qudası, Milli Məclisin deputatı Qalib Salahzadə deyib.
Allahşükür Paşazadədən sonra Qafqaz Müsəlmanları İdarəsinə kimin rəhbərlik edəcəyi ilə bağlı suala cavabında o bildirib: “...Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil. Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.
MilliYol.Az
Digər xəbərlər
loading...