«MƏN BUNA NİFRƏT EDİRƏM!…» - Vakant yer seçiminə buraxılmayan gənc müəllim üsyan etdi
Ağdam rayonunun Əfətli kəndindən gənc müəllim Qarayeva Bahar Arzuman qızının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya, Prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, Baş nazir Artur Rəsizadəyə, təhsil nazirinə və bir sıra nazirliklərin rəhbərlərinə, bəzi deputatlara, bir sıra xarici ölkə səfirlərinə, ATƏT-in Azərbaycandakı missiyasına və kütləvi informasiya (KİV) rəhbərlərinə ünvanladığı şikayətin bir sürəti də «AzPolitika.info» saytının poçtuna daxil olub. Bahar xanım yazır:
«Hörmətli Prezident, hörmətli birinci vitse-Prezident!
Bildirirəm ki, mən ixtisasca “təsviri incəsənət” müəllimiyəm. Bir il pedaqoji əmək stajım var. 2017-ci ilin aprel ayında müəllimlərin diaqnostik qiymətləndirmə imtahanına qatılmışam və 48 bal toplamışam. 04.08.2017-ci ildə müəllimlərin işə qəbulu imtahanına buraxılmışам və 41 bal toplamışam.
17.08.2017-ci il tarixdə müsahibəyə dəvət olundum və arzuolunmaz hallarla qarşılaşdım. Belə ki, müsahibə aparan 2 qadın özünü təqdim etmədən, etik normalara uyğun gəlməyən hərəkətlər və ifadələr işlətməklə, mənimlə kobud rəftar etməyə başladılar. Əvvəlcə məndən haradan gəldiyimi soruşdular. Mən Ağdam rayonundan, 2 körpə uşaqla (biri 2 yaşında, digəri 2 aylıq) gəldiyimi dedim. Mənim ağdamlı olduğumu eşidərkən, bu insanların sifət cizgilərində ani dəyişiklik yarandı və mənə qarşı aqressiv davranış nümayiş etdirməyəbaşladılar…
Mənə ünvanlanmış 15 müsahibə sualından 13-nə cavab verdim və müsahibə otağını hamı kimi sakitcə tərk etdim. Sonradan şəxsi səhifəmə gələn cavabla tanış olаrkən, vakant yer seçiminə buraxılmadığımın şahidi oldum.
Hörmətli Prezident, hörmətli birinci vitse-Prezident!
Bununla bağlı aşağıdakı fikirlərimi nəzərinizə çatdırmaq istəyirəm:
1. Mən YAP üzvüyəm (? – ред.) və YAP üzvü olmağımdan sui-istifadə etməyə maraqlı deyiləm;
2. Mən qarabağlıyam və ağdamlı olmağımla fəxr edirəm;
3. Mənə qarşı – 2 imtahanın birində 48, digərində 41 bal toplamış və bir illik pedaqoji stajı olan gənc müəllimə qarşı müsahibə zamanı yol verilmiş ədalətsizliyi və qərəzi, şəffaflığın olmamasını özümə qarşı – ölkə konstitusiyasında hüquqi, demokratik, dünyəvi dövlət sözləri yazılmış bir ölkənin vətəndaşının hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirirəm və buna nifrət edirəm;
4. Əgər şəffaflıq təmin edilən müsahibə aparılırsa, nəyə görə müsahibə aparan şəxslər özlərini təqdim etmirlər və aparılan prosesin (şəxsən mənimlə aparılan müsahibənin) video yazısı bizə təqdim edilmir?
5. Мən – 2 körpə uşağı olan gənc qadın 48 bal topladığım halda, nəyə görə müsahibə adı altında aparılan prosesə “soxulmuş” qarşı tərəfin haqsızlığına məruz qalmalıyаm və apellyasiya komissiyasına sürünməliyəm?
6. Bütün bu diaqnostik qiymətləndirmələr, işə qəbul imtahanları həqiqəti ortaya qoymaqdan ötəridirsə, о zaman bu yalançı, «dairəvi əlbirlik»lə idarə olunan “müsahibə oyunları” nəyə və kimlərə lazımdır?
7. Mən, öz gücümə oxuyub, özüm də ixtisasa yiyələnmişəm. Nə üçün kimlərinsə bölgəçilik müstəvisində bizlərə qarşı, şəxsən mənə qarşı apardığı düşmənçilik maraqlarının qurbanına çevrilməliyəm?
8. Əgər Azərbaycan Respublikasında kadrların hazırlanmasında, onların aidiyyatı bir neçə yoxlamadan keçirilməsində şəffaflıq təmin olunarsa (proses texniki vasitələrdən istifadə olunmaqla şəffaf qeydə alınarsa), о zaman Apellyasiya komissiyası axtarmağa ehtiyac və 2 körpə uşağı olan gənc qadının 3 dəfə Bakı şəhərinə ayaq döyməsinə lüzum qalarmı?
9. Biz, ayrı-ayrı pisniyyət insanların şəxsi maraqlarının əsirinə çevriliriksə, bu ölkədə rahat yaşaya bilərikmi?
Hörmətli Prezident, hörmətli birinci vitse-Prezident!
Xahiş edirəm mənimlə bağlı baş vermiş qanunazidd hərəkətlərin araşdırılması və ciddi qanun pozuntularına yol vermiş aidiyyatı şəxslərin məsuliyyət məsələsinin həll edilməsi üçün göstəriş verin! Yox, əgər bu, mümkün deyilsə, о zaman bizim ailəlikcə ölkədən getməyimizə şərait yaratmağınızı xahiş edirəm!…»
MilliYol.Az
Digər xəbərlər
loading...