Avqustun 28-i saat 13.10 radələrində Ermənistandakı “Nairid” zavodunda baş verən partlayışdan sonra davam edən yanğın hələ də davam edir
Musavat.com Erməni mediasına istinadən xəbər verir ki, İrəvanın Şenqavit rayonundakı yanğının söndürülməsi işləri gecə də davam edib, lakin yanğını tam ram etmək mümkün olmayıb. Yalnız 29 avqust səhər saat 9 radələrində görülən tədbirlər nəticəsində yanğınsöndürənlər etinol olan 4 dəmir-beton çənlərdən 3-nü söndürməyə müvəffəq olublar. mümkün olub.
Yalnız “Nairid-1” zavodunun anbarında partlayış olub. Hadisə nəticəsində zəhərlənmələrin olması xəbəri yayılsa da, hələlik rəsmilər bunu təkzib edir və yanğının əhali üçün heç bir təhlükə yaratmadığını iddia edirlər. Qeyd edək ki, iki gündür yanğın səbəbindən İrəvan səması qara tüstüyə qərq olub.
Xosrov dövlət qoruğunda bir həftə davam edən yanğından sonra paytaxtda baş verən hadisə erməniləri təşvişə salıb.
MilliYol.Az
Digər xəbərlər
loading...