Aparıcı Vatan Şaşmazı otel otağında güllələyərək qətlə yetirən keçmiş model sevgilisi Filiz Akerin 22 ildir həbs həyatı yaşayan qardaşı Sümer Bayer danışıb
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, cinayətlə bağlı mühüm iddialar irəli sürən Sümer qətlin pul üstündə törədildiyini bildirib:
“Bacımın 2,5 milyon dollar pulu batdı. Etiler və Mayamidəki evlərini satdı. Vatandan pulunu geri istəyirdi. Vatan şaşmaz avqustun 21-də də həmin oteldə olub, kamera görüntüləri var. Mənə bunları Filiz özü danışmışdı. Bacımın pulunu yeyib, ona kələk gəldilər. Həbsdən çıxandan sonra 2 gün mənimlə vaxt keçirdi. Hadisə baş verən gün mənə zəng vurub “Bu gün Hollandiyaya gedəcəyəm, sənə yenə zəng vuracağam” dedi. Bacım ruhi xəstə və platonik aşiq kimi qələmə verirlər, amma onun ağlı yerində idi və heç bir psixoloji problem olmayıb.
Qətlin səbəbi Filizin Vatandan pullarını geri ala bilməməsidir. Vatan Şaşmaz ilk həyat yoldaşı ilə ABŞ-da Filizin qonağı olmuşdu. Ondan ev almaq üçün 130 min dollar borc götürmüşdü, ödəmədi. Sonra FOREX-də yatırım üçün bacımdan 2,5 milyon dollar aldı, onu da qaytarmadı.
21 avqustdakı görüşdə Vatan Filizə “Hamısını qaytara bilmərəm, bir qismini gələn həftə verəcəyəm” deyib. Hadisə baş verən gün isə pulu bacıma gətirməliymiş. Bacım həmin gün gözləyib ki, Vatan onun pulunu qaytaracaq. Otaqda hansı mübahisə düşüb ki, Filiz belə bir addımı atıb bilmirəm”.
Qeyd edək ki, Filiz Akerin digər qardaşı Süleyman Aker qatıldığı televiziya verilişlərinin birində qardaşı Sümer Bayerin anasını öldürdüyü üçün həbs həyatı yaşadığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...