Azərbaycanda turizm sahəsi üçün müxtəlif tipli və dərəcəli 1000-dən çox hotel lazımdır
Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib.
O hesab edir ki, Azərbaycanın turizm sektoruna yeni bazarların yol açması üçün ölkədə yeni hotellər inşa edilməlidir.
Hazırda Azərbaycanda 575 hotelin olduğunu deyən M.Ağakərimovun sözlərinə görə, bu göstərici ölkəmiz üçün həddindən artıq azdır:
“Azərbaycana daha çox sayda turistlərin cəlb edilməsinin vacibliyi qeyd olunur. Lakin o da xüsusi qeyd edilməlidir ki, hotellərin sayı çox azdır. Bakıda təxminən 155 hotel var. Bu da çox aşağı göstəricidir. Azərbaycanda elə hotellər var ki, onun cəmi 7-10 nömrəsi var”.
Qeyd edək ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycana 956 min nəfər turist gəlib. Ötən ilin müvafiq dövründə bu rəqəm 768 min nəfər olub.
MilliYol.Az
Digər xəbərlər
loading...