“Turan” Agentliyinin məlumatına görə, bazar ertəsi günü agentliyin demək olar ki, bütün əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsində dindirməyə çağırılıblar
Həmin gün Vergilər Nazirliyinin əməkdaşları agentliyin ofisinə bir daha gələrək əlavə 7 illik dövrü əhatə edən sənədləri müsadirə ediblər. Bu barədə vəkil Fuad Ağayev BBC-ə bildirib.
Bundan əvvəl, avqustun 16-sı aparılan yoxlamada, Vergilər Nazirliyinin əməkdaşları Turan agentliyinin ofisindən son üç ilə dair vergilər sənədlərini müsadirə etmişdilər. “Turan” agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb. Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb.
“Turan” bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Bundan başqa, 24 avqustda Yasamal Rayon Məhkəməsinin qərarı ilə” Turan” agentliyinin direktoru Mehman Əliyev barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunur.
Sonuncu maddəyə görə o, 7 ilədək həbs edilə bilər.
MilliYol.Az
Digər xəbərlər
loading...