İranın şimal-qərbində bu gecə baş verən 4,9 bal gücündə zəlzələ nəticəsində 8 nəfər xəsarət alıb
Bu barədə İRNA agentliyi xəbər verir.
Tehran Universitetinin Geofizika İnstitutunun məlumatına görə, zəlzələ yerli vaxtla saat 03.44-də Şərqi Azərbaycan vilayətində, vilayət mərkəzi Təbrizdən təqribən 100 km aralıda baş verib.
Vilayətin Antiböhran İdarəetmə Mərkəzinin direktoru Xəlil Saeinin sözlərinə görə, zəlzələ nəticəsində bir çox bina dağılıb. Hadisə yerində xilasetmə qrupları çalışır.
MilliYol.Az
Digər xəbərlər
loading...