Keniyada hökumətin polietilen torbalardan istifadəni qadağan edən qanunu qüvvəyə minib
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polietilen torbaların hazırlanması, satışı, alışı və istifadəsinə görə 38 min ABŞ dollarınadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Hökumət bu qadağanın ətraf mühitin qorunmasına kömək göstərəcəyini düşünür.
Eyni zamanda, polietilen torba istehsalçıları qadağa ilə əlaqədar təqribən 80 min insanın işsiz qalacağını iddia edirlər.
Məlumata görə, kenyalılar ayda 24 milyon polietilen paketdən istifadə edirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...