Avronun dollarla müqayisədə məzənnəsi qlobal valyuta bazarında son 32 ayın maksimal həddinə çatıb
Bu, əsas valyuta cütlüyünün məzənnəsi hazırda 1,1930 USD/EUR-a bərabərdir. Məzənnənin cari səviyyəsi sonuncu dəfə 2015-ci il yanvarın 6-da qeydə alınıb.
Avronun bahalaşmasına əsas səbəb Avrozona iqtisadiyyatında müsbət trendlərin müşahidə edilməsi deyil, ABŞ iqtisadiyyatının tam bərpa olmaması barədə Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellenin cümə günü, avqustun 25-də Cekson Hol sammitində çıxışı olub. Qeyd edək ki, Yellen çıxışı zamanı ölkənin iqtisadi perspektivləri və monetar siyasət perspektivlərinə toxunmayıb, ancaq maliyyə sabitliyi barədə fikirlər səsləndirib. Nəticədə, maliyyə bazarlarının iştirakçıları dolların digər valyutalara qarşı satışına başlayıblar. Bununla yanaşı, ABŞ dövlət istiqrazlarının da faizi düşməyə başlayıb. Belə ki, FED rəhbəri sammitdə növbəti uçot dərəcəsi artımı qərarı barədə heç bir açıqlama verməyib.
"Report"un analitik qrupu dolların məzənnəsinin avro başda olmaqla bir çox valyutaya qarşı ucuz qalmaqda davam edəcəyini proqnozlaşdırır. Bu proses ABŞ-da inflyasiya göstəricisinin illik hədəf olan 2%-ə yaxınlaşmasına qədər davam edəcək.(report)
MilliYol.Az
Digər xəbərlər
loading...