Aparıcı-aktyor Vatan Şaşmazın qətli ilə bağlı təfərrüatlar bitmir
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcını güllələyən keçmiş model sevgilisi Filiz Akerin bacısı qızı Dora Altınbaş xalasının ona platonik sevgi bəslədiyini deyib:
“Kafedə oturmuşduq. Xalam romantik nitq söyləyir, “çox xoşbəxtəm” deyirdi. Daha sonra “yarım saat yuxarı çıxıb qayıdıram” deyib getdi. 10 dəqiqə keçdi, zəng elədim, “gəlirəm” söylədi. Bir az sonra yenidən zəng elədim, telefonuna zəng çatmadı. Yuxarı çıxdım, qapını döydüm, heç kim açmadı. Təhlükəsizlik əməkdaşlarına qapını açdırdıq. Qapı açılanda gördük Vatan yerdə uzanıb. Bir qədər aralıda isə xalam… Xalamla Vatanın münasibəti keçmişə söykənir. Hazırda aralarında heç nə yox idi. Vatanla niyə görüşdüyünü bilmirəm. Xalam onu hələ də sevirdi, ona platonik eşq bəsləyirdi. Vatanın heç bir günahı yox idi. Xalam deyirdi ki, "Arvadını boşayıb, mənin alacaq". 2 il idi ki, bu oteldə qalırdı. Silahı da yəqin qaldığı günlərin birində içəri keçirib”.
Vatan Şaşmazla ayrıldıqdan sonra 4 dəfə intihara cəhd edən Filiz aparıcı evlənsə də onu narahat edirmiş. Təşkilatçı Nedim Delibaşın sözlərinə görə, aparıcı özü də Filizin onu arayıb-axtarmasından narahat imiş:
“Bir gün Vatan telefonda əsəbi danışdı. Soruşdum ki, nə olub? “Bu qadın mənim başımı dərdə salacaq” dedi”.
MilliYol.Az
Digər xəbərlər
loading...