Artıq gizli yol patrul xidmətləri tək Bakıda deyil, respublikanın bütün avtomobil yollarında fəaliyyət göstərir.
MilliYol.Az bildirir ki, bu barədə admiral.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, gizli polislərin fəaliyyətə başlaması yol-nəqliyyat hadisələrinin azalmasına təsir edib: "İnkişaf etmiş ölkələrin əksəriyyətində belə gizli xidmətlər var. Bu xidmətin fəaliyyəti üçün xüsusi, müasir texniki avadanlıqlara çox ehtiyac yoxdur. Bunun üçün avtomobildə bir kameranın olması kifayət edir".
K.Əliyev deyir ki, mülki vətəndaşlardan ibarət bu əməkdaşların avtomobilləri saxlamaq və cərimə yazmaq ixtiyarı yoxdur: "Onlar şəxsi avtomobillərdə xidmət göstərə bilərlər. Lakin respublikanın hansı ərazilərində dayanmaları, sayları barədə məlumat verilmir. Onların anonimliyi qorunur".
MilliYol.Az
Digər xəbərlər
loading...