Avqustun 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən MilliYol.Az-a verilən məlumata görə, havanın temperaturunun gecə 21-25° isti, gündüz 28-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-70%, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24°, gündüz 30-35° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...