Xəbər verdiyimiz kimi, "Beşiktaş"ın prezidenti Fikrət Ormanın yeni sevgilisi azərbaycanlıdı. MilliYol.Az "Sözcü"yə istinadən xəbər verir ki, klub rəhbəri 2012-ci ildə həyat yoldaşı Sədəf Ormandan boşanıb.
Ülviyyə Aleks kimi tanınan, əsl adı Ülviyyə Əhməd olan xanım azərbaycanlıdır və Bakıda doğulub. 30 yaşlı xanım İstanbula yaxın dostu olan "Affair" markasının qurucusu, azərbaycanlı iş model Rüfət İsmayılın sayəsində yollanıb. O, İstanbulun Cihangir bölgəsində yaşayır. Bildirilir ki, Ülviyyə Əhməd qaldığı evin kirayə haqqını çətinliklə ödədiyi bir vaxtda Fikrət Ormanla tanış olub və həyatı bir anda tamamilə dəyişib.
Ülviyyə Əhmədin 6 yaşlı Selin adında bir qızı var. Uşaq atğası ilə yaşayır və tətillərdə anasının yanına yollanır.
İdmana marağı ilə seçilən modellə vurulan Fikrət Orman onu "Beşiktaş"ın oyunlarına aparır. Ülviyyə Əhməd onunla tanış olduqdan sonra Amsterdam, Mikonos, Zaqreb, Milan, Kote-D`azur, Dubay kimi yerlərdə istirahət edib.
MilliYol.Az
Digər xəbərlər
loading...