Bakı Autizm İdman və Yaşam Klubu daha bir yeniliyə imza atıb.
Klubda təlim alan gənc və uşaqlar üçün yenilik edən mərkəz rəhbərliyi atla təlimlərə start verib.
Belə ki, klubda təlim alan uşaqlara idman təlimləri, psixoloji dərslər və.s keçirilməsi ilə yanaşı atla terapiya (Hipoterapiya) təlimlərinə də başlanılıb.
Klubun direktoru Elnur Məmmədli mərkəz tərəfindən həyata keçirilən bu yeniliyin təlim alan uşaqlar üçün daha faydalı olacağını bildirib:
"Uşaqlara keçirilən idman təlimləri ilə yanaşı belə bir yeniliyin faydalı olacağını düşünüb, klub olaraq bu yeniliyi həyata keçirdik. Qarşıda bir çox yeniliyə imza atmaq niyyətindəyik. Yetər ki, bu uşaqlara az da olsa yardımımız dəysin", - deyə E.Məmmədli əlavə edib
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...