UEFA "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi oyunların baş tutacağı stadionları və matçların başlama saatlarını açıqlayıb.
MilliYol.Az xəbər verir ki, Azərbaycan çempionunun oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsi gözlənilsə də, bu baş verməycək. "Qarabağ" rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
"Qarabağ"ın rəqiblərindən "Atletiko" oyunlarını yeni stadionunda - "Estadio Metropolitano"da qəbul edəcək. "Çelsi" ev oyunlarını Londondakı "Stemford Bric", "Roma" eyniadlı şəhərdəki "Olimpiko" stadionda keçirəcək.
"Qarabağ"ın ev oyunları Qərbi Avropa vaxtı ilə saat 18.00-da, səfər görüşləri 20.45-də başlayacaq. Avropa ölkələri saatların əqrəblərini oktyabrın 29-da bir saat geri çəkəcək. Azərbaycanda isə bu qayda artıq ləğv olunub. Bu səbəbdən "Qarabağ"ın "Roma" və "Atletiko" ilə ev oyunları Bakı vaxtı ilə saat 20.00-da, "Çelsi" ilə görüşü 21.00-da başlayacaq. Səfərdəki oyunlardan "Çelsi" ilə matç Bakı vaxtı ilə 22.45-də, "Atletiko" və "Roma" qarşılaşmaları 23.45-də start götürəcək.
12 sentyabr
22.45 Çelsi - Qarabağ
London. "Stemford Bric" stadionu.
27 sentyabr
20.00 Qarabağ - Roma
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
18 oktyabr
20.00 Qarabağ - Atletiko
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
31 oktyabr
23.45 Atletiko - Qarabağ
Madrid. "Estadio Metropolitano" stadionu.
22 noyabr
21.00 Qarabağ - Çelsi
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
5 dekabr
23.45 Qarabağ - Roma
Roma. "Olimpiko" stadionu.
MilliYol.Az
Digər xəbərlər
loading...