Bu gün Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib. MilliYol.Az xəbər verir ki, ilk dəfə bir Azərbaycan klubu bu mərhələnin püşkatmasında iştirak edib.
Belə ki, bu gecə "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşib. Azərbaycan çempionu turnirin II təsnifat mərhələsində Gürcüstanın "Samtredia" və III təsnifat mərhələsində Moldovanın "Şerif" klublarını mübarizədən kənarlaşdırdıqdan sonra "play-off"da Danimarka "Kopenhagen"inindən üstün olub. Bakıdakı ilk matçda (1:0) qələbə qazanan "Qarabağ" cavab görüşündə uduzsa da (1:2), səfər qolu sayəsində qrupa vəsiqə qazanıb.
"Qarabağ" C qrupuna düşüb. Azərbaycan çempionu bu mərhələdə İngiltərənin "Çelsi", İspaniyanın "Atletiko" və İtaliyanı n "Roma" klubları ilə mübarizə aparacaq.
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında əsas komandanın rəqibləri ilə qarşılaşacaq.
Çempionlar Liqası
Qrup mərhələsi
A qrupu
Benfika (Portuqaliya)
Mançester Yunayted (İngiltərə)
Bazel (İsveçrə)
ÇSKA (Moskva, Rusiya)
B qrupu
Bavariya (Almaniya)
PSJ (Fransa)
Anderlext (Belçika)
Seltik (Şotlandiya)
C qrupu
Çelsi (İngiltərə)
Atletiko (İspaniya)
Roma (İtaliya)
Qarabağ (Azərbaycan)
D qrupu
Yuventus (İtaliya)
Barselona (İspaniya)
Olimpiakos (Yunanıstan)
Sportinq (Portuqaliya)
E qrupu
Spartak (Moskva, Rusiya)
Sevilya (İspaniya)
Liverpul (İngiltərə)
Maribor (Sloveniya)
F qrupu
Şaxtyor (Ukrayna)
Mançester Siti (İngiltərə)
Napoli (İtaliya)
Feyenord (Hollandiya)
G qrupu
Monako (Fransa)
Portu (Portuqaliya)
Beşiktaş (Türkiyə)
Leypsiq (Almaniya)
H qrupu
Real (İspaniya)
Borussiya (Dortmund, Almaniya)
Tottenhem (İngiltərə)
APOEL (Kipr)
MilliYol.Az
Digər xəbərlər
loading...