İsrailin Müdafiə Nazirliyi adətən hərbi ixracla bağlı informasiyanı şərh etmir
Virtualaz.org-un məlumatına görə, İsrail hərbi idarəsinin “Kommersant” qəzetində “Maariv”ə istinadən dərc olunmuş və İsrail şirkəti nümayəndələrinin Dağlıq Qarabağdakı mövqelərdə hücumun həyata keçirilməsində mümkün iştirakı haqda iddiaların yer aldığı yazıya verdiyi cavabda belə deyilir.
“Bu məsələ Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən yoxlama mərhələsindədir və əgər Aeronautics Defense Systems şirkətinin mühəndisləri Azərbaycana gediblərsə belə, İsrail hərbçiləri Azərbaycanda olmayıb, bu dəqiqdir...”- deyə cavabda bildirilib.
İsrailin dövlət strukturlarındakı mənbə də bu barədə yazılanları təkzib edib: “Belə şey olmayıb. Ümumiyyətlə, kənar münaqişələrə qarışmamaq İsrail hərbi sənayesi üçün əsas prinsiplərdən biridir. Və əgər bu informasiya təsdiqini taparsa, hərbi idarə, əlbəttə, həmin şirkət barəsində sanksiyalar tətbiq edəcək”, – deyə mənbə vurğulayıb.
Xatırladaq ki, İsrail Müdafiə Nazirliyi pilotsuz uçuş-zərbə aparatları istehsal edən Aeronautics Defense Systems şirkəti barəsində araşdırma aparır. İsrail qəzeti “Maariv”in daha əvvəl bildirdiyi kimi, Təl-Əvivdə yerləşən şirkətin əməkdaşları Azərbaycan hərbçilərinin xahişi ilə Dağlıq Qarabağda erməni mövqelərinə zərbə endirilməsində iştirak edə bilərdilər.
Şirkət isə bütün ittihamları qətiyyətlə təkzib edir, hərçənd Bakı ilə onun əməkdaşlığı çoxdan məlumdur.
Qalmaqal “Maariv” qəzetində Aeronautics Defense Systems şirkəti nümayəndələrinin Azərbaycana bu yaxınlardakı səfəri ilə bağlı yazı dərc olunandan sonra qopub. Hədəf Orbiter 1K pilotsuz təyyarə-kamikadzenin çatdırılması barədə müqavilənin bağlanması idi. Onlar iki kiloqram hərbi yükü, hansı ki, toqquşma vaxtı aktivləşir və məsələn, avtomobili məhv etməyə qadirdir, daşıya bilirlər.
Məqalənin müəllifi Yosi Melman iddia edir ki, Azərbaycan hərbçiləri İsrail mühəndislərindən texnikanı təcrübədə - Dağlıq Qarabağda mövqelərə zərbə endirməklə nümayiş etdirməyi xahiş ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...