Rusiya ötən il NATO əsgərlərinin Avropanın şərqinə yerləşdirilməsinə cavab addımı atmağı planlaşdırır
“The “Guardian”ın verdiyi xəbərə görə, Qərb ölkələri və NATO ilə münasibətlərdə gərginlik yaşayan Moskva "Soyuq müharibə"dən sonra ən böyük hərbi təlimlərə hazırlaşır.
Sentyabrın 14-20-də keçiriləcək "Qərb-2017" hərbi təlimlərində 100 min əsgər iştirak edəcək.
Əsgərlər üç ayrı mövqedə təlimlərə cəlb olunacaqlar.
Rusiya prezidenti Vladimir Putinin əmri ilə hərbçilər Belarus, Kalininqrad və Rusiyanın digər nöqtələrinə göndəriləcək. İlk rus hərbi qüvvələri artıq Belarusdadır.
“Guardian”-a danışan NATO-nun səlahiyyətli nümayəndələri bununla bağlı şərh verməyəcəklərini, ancaq prosesi yaxından izləyəcəklərini deyiblər.
Bildirilir ki, bu, "Soyuq müharibə"dən sonra ən nəhəng hərbi təlimlər olacaq.
Xatırladaq ki, ötən il İngiltərənin rəhbərliyi altında bir neçə dövlətin Rusiya sərhədinə yaxın ölkələrə əsgər göndərməsindən sonra NATO ilə Rusiya arasında münasibətlər kəsilib.
ABŞ-ın Rusiya sərhədinə hərbi qüvvə göndərməsinə cavab olaraq isə Putin Kalininqrada S-400 və "İsgəndər" raket kompleksləri yerləşdirmişdi. Bundan başqa, Rusiya Polşa sərhədlərinə də hərbi qüvvələr göndərmişdi.
NATO isə son bir il ərzində Rumıniya, Estoniya, Polşa və Gürcüstanda xeyli hərbi təlim keçirib.
MilliYol.Az
Digər xəbərlər
loading...