Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin sakini olan bir uşağın nəzarətsiz saxlanılması ilə bağlı məlumat yayılıb.
"Report"un redaksiyasına daxil olan video-görüntülərdə gecə təxminən 2 radələrində uşaq evindən olan E.M. ilə dialoq yer alıb.Söhbət zamanı E.M. uşaq evində mühafizəçi olmadığını, istənilən uşağın internatdan istədiyi vaxt çıxdığını deyib.Uşaq söhbət zamanı Reyhanə Sadıqovanın rəhbərlik etdiyi uşaq evində onlara vaxtı-vaxtında yemək verilmədiyini də bildirib.
Məlumatda uşaq evinin Təhsil Nazirliyinin tabeliyində olduğu bildirilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Publika.az-a açıqlamasında adıçəkilən uşaq evinin Təhsil Nazirliyinin tabeliyində olmadığını bildirib.
Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru Reyhanə Sadıqova Publika.az-a açıqlamasında bildirib ki, yayılan xəbər Abdulla adlı bir şəxsin uydurmasıdır:
“Həmin şəxs bir dəfə mənə müraciət edib, oğlunun uşaq evində mühasib kimi işə qəbul etməyim üçün müraciət etdi. Lakin bizdə həmin işə vakansiya olmadığına görə, onu qəbul edə bilmədik. Bundan sonra həmin şəxs uşaqlara yaxşı baxılmaması, yemək verilməməsi barədə Prezident Adminstrasiyası, Ombudsman Aparatı,İcra Hakimiyyətinə dəfələrlə müraciət edib. Həmin müraciət əsasında İcra Hakimiyyətindən dəfələrlə uşaq evində yoxlamalar aparılıb, onun iddia etdiklərini təsdiqini tapmayıb. Abdulla adlı həmin şəxsin yaydığı məlumatlar yalandır, hətta mənə “nə etsəniz də, mühasibi çıxarıb, oğlumu ora yerləşdirəcəm” tipli mesajlar yazır. Bu barədə bütün rayon bilir. Həmin videoda uşağın üzü tam görünməsə də, həmin görüntülərə baxdım, o bizim uşaq müəssisəsində oxumur”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...