Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub
Luqansk vilayəti Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.
Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.
Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.
Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.
MilliYol.Az
Digər xəbərlər
loading...