AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Meksika ilə sərhəddə özünün divar ucaltmaq ideyasını həyata keçirmək xatirinə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ən sərt addımlar atmaqda qərarlı olduğunu, hətta ölkənin başlıca icra orqanı olan Konqresi buraxmağa da hazır olduğunu bildirib
Çərşənbə axşamı Prezident konqresmenlərə ultimatum irəli sürüb – divarın tikintisi üçün vəsait ayrılması məsələsinə baxılsın, ya da birbaşa qaşıdurmaya gedilsin və «kütləvi işdən azad olma» perspektivinə hazır olsunlar.
«Bu gün mən konqresə xəbər vermək istəyirəm: Szin işiniz – amerikalı ailələri, xalqı, işçiləri təmsil etməkdir. Budur sizin işiniz» – deyə, Tramp Finiks şəhərində (Arizona ştatı) tribunadan bəyan edib.
Əgər partiyalar gələn il üçün dövlət büdcəsinin qəbulu barədə konqreslə razılığa gəlməsələr, Tramp hökuməti «bağlamaq» vədi verib. Məsələ burasınqdadır ki, gələn il üçün hazırkı büdcə layihəsində divarın tikintisi məsələsi ayrıca istiqamət kimi nəzərdə tutulmayıb. Baxmayaraq ki, konqresdəkilərin böyük əksəriyyəti Prezidentin partiyalı silahdaşlarıdır, hələlik, Tramp tərəfindən vəd edilmiş islahatlar konqres tərəfindən qəbul olunmayıb.
«Demokratlar istrdilər ki, biz bunu etməyək, amma mənə inanın, biz divarı əldə etmək üçün hökuməti «bağlayacağıq». Biz, öz divarımızı əldə edəcəyik» – deyə, Prezident bəyan edib.
MilliYol.Az
Digər xəbərlər
loading...