Azərbaycan futbolunda yeni tarix yazılıb. Bu tarixin müəllifi isə son illər futbolumuzdakı bütün ilklərin müllifi "Qarabağ" olub.
Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. "Qarabağ" turnirin "play-off" mərhələsində Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan Qurban qurbanovun yetirmələri cavab matçında məğlub olub - 1:2. Səfər qolu hesabına qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" adını Avropanın ən güclü 32 komandası arasına yazdırıb.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunu
23 avqust
Kopenhagen (Danimarka) - Qarabağ (Azərbaycan) 2:1
Qollar: Federiko Santander, 45. Andriya Pavloviç, 66 - Dino Ndlovu, 63.
Kopenhagen: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k) (24. Yussef Tutu, 80), 7. Benyamin Verbiç, 9. Federiko Santander (28. Pieros Sotiriu, 70), 11. Andriya Pavloviç, 16. Yan Qrequs, 17. Kasper Kusk (32. Danni Amankva, 67), 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner.
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson.
Baş məşqçi: Sole Solbakken.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye (22. Əfran İsmayılov, 11//14. Rəşad Sadıqov, 80), 20. Riçard Almeyda (32. Elvin Yunuszadə, 90+1), 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Mixael Lüftner, 4. Peter Ankersen, 77. Yussef Tutu, 85 - Miçel, 44. Yakub Jezniçak, 75.
Hakimlər: Alberto Undiano Mallenko, Roberto Alonso Fernandes, Raul Kabanyero Martines, Dieqo Barbero Sevilya (İspaniya).
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines (İspaniya).
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya).
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya).
Kopenhagen. “Tella Parken” stadionu.
Digər xəbərlər
loading...