ABŞ prezidenti Donald Trampın Əfqanıstana dair strategiyasını dəyişərək bu ölkəyə “Taliban”a qarşı müharibəni davam etdirmək üçün əlavə 4 minlik hərbi kontingent göndərməyi qərara almasında mini yubkanın həlledici rolu olub
Virtualaz.org xəbər verir ki, bu haqda Qərb mətbuatı yazır.
“İndependent” qəzeti qeyd edir ki, Əfqanıstan həmişə indiki kimi olmayıb. Ötən onilliklər ərzində burada İŞİD və ya Taliban təhlükəsinin nə olduğunu bilməyiblər və bu ölkə sabitlik, dözümlülük və hətta mötədillik diyarı sayılıb. 1930-cu illərdən 1970-ci illərədək bəziləri böyük güclərin döyüş meydanı olan bu ölkənin paytaxtını "Mərkəzi Asiyanın Parisi" adlandırıblar.
Məqalədə xatırladılır ki, bu həftə Donald Tramp Əfqanıstan barədə fikrini dəyişdiyini etiraf edib. Bəzi xəbərlərə görə əvvəllər ABŞ qoşunlarını Əfqanıstandan çıxaracağını deyən prezident indi bu ölkəyə 4 minlik əlavə əsgəri qüvvə göndərməyə hazırlaşır.
Məlumata görə belə qəfil fikir dəyişikliyinə səbəb ona köməkçilərindən biri tərəfindən Kabulun küçələrində mini ətəklərdə gəzən əfqan qızlarının fotosunun göstərilməsi olub.
Bundan əvvəl özünün seçki kampaniyası zamanı Tramp Əfqanıstanın uduzulmuş müharibə olduğuna inandığını və Barak Obamanın ora 2009-cu ildə qoşun göndərmək qərarının səhv olduğunu deyirdi.
Amma indi ABŞ hərbi elitasının Ağ Evdə oturan bir sıra ali rütbəli rəsmiləri Əfqanıstana əlavə qüvvələr göndərilməsinə tərəfdar çıxırlar.
"The Washington Post" qəzeti yazır ki, belə generallardan biri, Trampın milli təhlükəsizlik müşaviri Makmaster prezidenti əlavə qüvvə göndərilməsinə sövq etmək üçün ona tarixi və şokedici fotolardan birini göstərib.
"O Trampa 1972-ci ildə çəkilmiş ağ-qara fotoşəkil göstərib. Bu şəkildə əfqan qadınlar Kabulun küçələrində qısa yubkalarda gəzirlər. Beləliklə, general prezidenti inandırıb ki, orada bir vaxtlar Qərb normaları mövcud olub və bu normalar ora yenə də qaytarıla bilər", -qəzet yazır.
Lakin bəzi tarixçilər deyirlər ki, Kabulun "qızıl dövrü" deyilən həmin vaxtın əhəmiyyəti şişirdilir və əslində, Məhəmməd Zahir şahın vaxtında qərbsayağı geyimlərdən yalnız çox kiçik cəmiyyət elitası istifadə edib.
“Amnesty International” təşkilatında çalışan Horiya Mosadiq 2013-cü ildə hazırladığı hesabatda yazırdı: "Balaca qız olduğum vaxtlarda anamın qısa ətək geyinməsini və məni kinoya aparmasını xatırlayıram. Xalam Kabulda universitetdə oxuyurdu".
"Gözəgörünməz tarix: Əfqanıstanın yazılmamış hekayəti" (Invisible History: Afghanistan`s Untold Story) kitabının həmmüəllifi Elizabeth Gould deyir ki, bir neçə il əvvəl vaxtilə Əfqanıstanda işləmiş bir ABŞ diplomatı ilə söhbət edib. Diplomat deyirmiş ki, 1970-ci illərdə Əfqanıstan vətəndaşları demokratiyaya bağlıydılar və ölkənin yeni konstitusiyasını küçələrdə müzakirə edirdilər.
"İkinci Dünya Müharibəsindən sonrakı 1950, 60 və 70-ci illər Əfqanıstanın qızıl illəri idi" - xanım Gould deyir.
Şah 1973-cü ildə çevriliş nəticəsində taxtdan salınıb və 29 il davam edən sürgündə yaşayıb. 1979-cu ilin dekabrında Əfqanıstana Sovet qoşunları müdaxilə edib və bu müdaxilə 1989-cu ilin fevralında başa çatıb.
Taliban Kabul da daxil ölkənin böyük ərazilərinə nəzarəti 1996-cı ildə ələ alıb. Kabul, 2002-ci ildə Əfqanıstana ABŞ və Britaniya qoşunlarının müdaxiləsinədək Talibanın nəzarətində olub. Elə həmin il Zahir şah “loya Jirga” və ya xalq toplanışının yeni hökuməti seçməsini müşahidə etmək üçün Əfqanıstana səfər edib.
MilliYol.Az
Digər xəbərlər
loading...