Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Yasamal rayonunda baş verən yanğınla bağlı məlumat yayıb
FHN-dən Azərtac-a bildiriblər ki, yanğın Yasamal rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 kvadratmetr olan dörd otaqlı evdə qeydə alınıb. Hadisə nəticəsində həmin ev, həmçinin ümumi sahəsi 78 kvadratmetr olan üç otaqlı evin dam örtüyü 58 kvadratmetr sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub, alov söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...