Azərbaycanda ilk dəfə Neftçilər Xəstəxanasında çarpaz əməliyyat icra olunub
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, çarpaz orqan transplantasiyası donorların özlərinə uyğun olmayan xəstələrin uyğun olacaq başqa cütün donoru ilə dəyişdirməkdir. Çarpaz transplantasiya əsasən, qan qrupu uyğun gəlməyən cütlüklər arasında əməliyyat olma şansını artırır.
Əməliyyatı icra edən xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi çarpaz orqan transplantasiyasının dünyada da nadir tətbiq olunduğunu qeyd edib. Onun sözlərinə görə, xəstəxanaya birinci xəstə böyrək çatışmazlığı ilə müraciət edəndə ona böyrək köçürülməsinə ehtiyac olduğu bildirilib: “Xəstənin donoru həyat yoldaşı olsa da, onların qan qrupları uyğun deyildi. Bu zaman onlara analoji problemlə üzləşmiş digər bir cütlüklə çarpaz transplantasiya, yəni, donorların dəyişdirilməsi yolu ilə əməliyyat məsləhət olunub. Hər iki ailə görüşüb, tanış olub və çarpaz transplantasiyaya razılıq verib. Bir gündə 4 nəfər əməliyyat olunub. İki şəxsin həyatı xilas edilib, əvvəlki sağlamlığına qovuşub. Donorlar artıq evə yazılıblar, səhhətlərində hər hansı bir problem yoxdur. Xəstələrin vəziyyətləri stabildir və bu günlərdə evə buraxılacaqlar”.
Bu gunə qədər Cərrahiyyə və Orqan transplantasiyası şöbəsində 500-ə yaxın xəstə üzərində orqan koçürülməsi icra edilib. 107 xəstəyə qaraciyər, 365 xəstəyə isə böyrək köçürülüb. Xəstələrin bir qismi azyaşlırdır. Bu günə kimi orqan koçürulən 9 qadın dünyaya sağlam övlad gətirib.
MilliYol.Az
Digər xəbərlər
loading...