Nazirin 248 saylı məktəbdə baş verənlərdən xəbəri varmı? Direktor əvəzi və müavinindən təhsil naziri Mikayıl Cabbarova şikayət var.
Belə bir təhsil ocağına Təhsil Nazirliyi tərəfindən qeyri-peşəkar və adı dəfələrlə korrupsiyada haallanan, açıq saxtakarlığa yol verən və dəfələrlə nazirlik tərəfindən töhmət verilən birinin direktor əvəzi təyin olunması məntiqə sığmır.
Binəqədi rayon 248 saylı orta məktəbin bir qrup müəllimi saytımızın elektron poçtuna direktor əvəzi Xəyyam Fərəcov və onun müavini Reyhanə Qurbanova ilə bağlı şikayət məktubu ünvanlayıblar. AzMedia.info xəbər verir ki, müəllimlər Təhsil Nazirliyinə və digər aidiyyatı qurumlara ünvanlandıqları şikayət məktubunda Reyhanə Qurbanovanın əmək kitabçasının saxta olduğunu bildirirlər:
"Saxta əmək kitabçası olan 248 saylı məktəbin direktor müavini Reyhanə Qurbanovanın Bakı Baş Təhsil İdarəsindəkı himayədarı sayəsində bu vəzifəni tutur. Onun saxta əmək kitabçasına nəzər salsaq, 24.08.1998-cı ildən 03.09.2002-ci ilə qədər Azərbaycan Universitetində Beynelxalq münasibətlər-ölkəşünaslıq kafedarasında asistent vəzifəsində işlədiyini görərik. 20.04.2004-06.10.2009 tarixlərində Elm İstehsalat Mərkəzində tədris üzrə mütəxəsis işləyib. Amma hər iki iş yeri saxtadır. Çünki hər bir işçiyə 2006-cı il yanvarı ayının 1-də sosial sığorta şəhadətnaməsi verilib. Bəs niyə həmin vaxt Reyhanə Qurbanovaya şəhadətnamə verilməyib? Çünki o saxtakarlıq edərək özünə saxta əmək stajı yazdırıb və əmək kitabçasına vurdurduğu möhür də çox şübhəlidir.
Reyhanə Qurbanova
Elm İstehsalat Mərkəzinnin işçiləri açıq şəkildə deyirlər ki, biz Reyhanə Qurbanova adlı şəxsi tanımırıq və bizimlə belə bir adam işləməyib. Bilin ki, vurma cədvəlini bilməyən və sinif-sinif gəzib hamıdan pul yığan birisi belə yerlərdə işləyə bilməz".
Şikayətçilər qeyd edirlər ki, Reyhanə Qurbanovanın qanuni iş yeri 283 saylı məktəb olub. Orda isə 10 ay direktor müavini işləyib. 10 aydan sonra həmin məktəbdən rüşvət üstündə qovulub:
"Təhsil Nazirliyindən xahiş edirik ki, bu fakrı yoxlasınlar. Çünki bu fakta Bakı Şəhər Təhsil İdarəsində göz yumulur. Ona görə ki, həmin idarədə Reyhanə Qurbanovanın Raman Məmmədov adlı himayəçisi var. Belə olmasaydı, qanuni şəkildə müsabiqədən keçən, müqaviləyə qol çəkən Həsənova Sevinc Mədət qızına düşən 0,5 ştat vahidini yenicə şiddətli töhmət almış Reyhanə Qurbanovaya verməzdilər. Raman Məmmədovla Xəyyam Fərəcov 0,5 ştat vahidini Reyhanə Qurbanovaya ona görə verdilər ki, direktor əvəzi bu müdddətdə onlar üçün yaxşı pul yığa bilib".
Raman Məmmədov
Şikayət məktubunda qeyd olunur ki, Raman Məmmədovun direktor əvəzi Xəyyam Fərəcovla çox yaxşı münasibətləri var. Reyhanə Qurbanovaya da himayəçiliyi məhz Xəyyam Fərəcova görə edir: "Bu ilin may ayında Xəyyam Fərəcov bir nəfər qadınla məktəbin sinflərini gəzib, həmin şəxsi müəllimlərlə tanış edirdi. Biz qadının kim olduğunu soruşanda, Xəyyam Fərəcov bildirdi ki, yaxın qohumdur. "Və məktəbdən xoşu gəlsə, Raman Məmmədovun vasitəsi ilə 144 saylı məktəbdən bizim tədris ocağına köçürtdürəcəm. Çünki qohumum 144 saylı məktəbdə 0,5 ştat vahidi ilə işləyir, amma 248 saylı məktəbə gətirtsəm, 1 ştat vahidi ilə işləyəcək" dedi". Daha sonra qeyd edilir ki, Xəyyam Fərəcovun yaxın qohumunun 248 saylı məktəbdən xoşu gəlib və bir müddət sonra - iyulun 23-də bu tədris ocağına köçürülüb və direktorun müavini təyin edilib. Həmin müəllimə isə Xəyyam Fərəcovun yaxın qohumu, Ağsu rayonunda anadan olan 56 yaşlı Şəfəq Balıyevadır. Məktub müəllifləri sual verirlər ki, "necə olur imtahan verməyən biri məktəbdən məktəbə əl-qolunu sallaya-sallaya köçürülür, ancaq imtahan verib yüksək bal toplayan gənc bir müəllimə isə qıraqda qalır".
Müəllimlər Təhsil Nazirliyinə müraciət edərək, bu məsələnin araşdırılmasını istəyir. Bundan başqa məktubda bildirilir ki, bir neçə ay öncə Azad Həmkarlar İttifaqının Binəqədi rayonu şöbəsinin sədri Almaz Hacıyevanın "xeyir-duası” ilə məktəb direktorunun müavini Elmira Mütəllimova işindən azad edilib. Həmin Elmira Mütəllimovanın 40 illik müəllim stajı var: "Ancaq Şəfəq Balıyeva direktor müavini təyine diləndə nədənsə Almaz Hacıyeva heç kəsin yadına düşmədi. Belə çıxır ki, Həmkarlar İttifaqı sədrini özlərinə “lazım” olanda meydana çıxırırlar". Müllimlər məktub vasitəsi ilə təhsil naziri Mikayıl Cabbarovdan xahiş edir ki, 248 saylı orta məktəbdə direktor əvəzi Xəyyam Fərəcovla müavini Reyhanə Qurbanovanın özbaşınalıqlarına son qoyulmasına köməklik göstərsin.
Məktəbdə 0,5 ştat vahidi qanuna uyğun olaraq verilsin və Təhsil Nazirliyi Daxili Nəzarət şöbəsi araşdırsın ki, Reyhanə Qurbanova “sosila sığorta şəhadətnaməsini” niyə məhz 2006-ci ildə deyil, 2010-cu ildə alıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev 248 nömrəli orta məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olib. 1020 şagird yerlik bu orta məktəbin 41 sinif otağı var. Dərslər bir növbədə keçirilir. Bütün sinif otaqları, fənn kabinetləri, idman və iclas zalları yüksək standartlar səviyyəsində təmir edilib. Məktəbin işıq və istilik sistemi ən müasir tələblər səviyyəsindədir. Belə bir təhsil ocağına Təhsil Nazirliyi tərəfindən qeyri-peşəkar və adı dəfələrlə korrupsiyada haallanan, açıq saxtakarlığa yol verən və dəfələrlə nazirlik tərəfindən töhmət verilən birinin direktor əvəzi təyin olunması məntiqə sığmır.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mənbə: AzMedia.info
MilliYol.az
Digər xəbərlər
loading...