Vergilər Nazirliyi Azərbaycandan getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısını yeniləyib.
Vergi borcu səbəbindən sanksiyaya məruz qalmış 144 şəxs siyahısında idmanla bağlı iki nəfər yer alıb.
Bunlardan biri “Bakı” Futbol Klubundan Zeynal Məmmədovdu. Z.Məmmədov klub prezidenti Hafiz Məmmədovun qardaşıdı və klubun vitse-prezidenti vəzifəsində çalışıb.
Digər şəxs isə “Karvan İdman Klubu” MMC-dən Əli Abdulrəhmanovdu.
Hər iki şəxsin vergi borcu açıqlanmır. Onların ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb.
Digər xəbərlər
loading...