Bir neçə müddət bundan əvvəl “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov 29-cu dəfə Həcc ziyarətinə gedəcəyini, hətta oğlu Hacı Əbdülü də aparacağını demişdi
Lakin o, builki Həcc ziyarətinə gedə bilməyəcək.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Hacı Əbdül Əbdülov Modern.az saytına açıqlama verib.
“Bu il Həcc ziyarətinə gedə bilməyəcəyəm. Həcc ziyarətinə getməməklə bağlı qərarımı yenicə verdim. Halbuki oğlum Əbdüllə builki Həcc ziyarətinə getməyə tam hazır idik. Əgər getsəydim, 29-cu dəfə ziyarətim gerçəkləşəcəkdi. Sənədlərimizi də vermişdik”.
Hacı Əbdül builki Həcc ziyarətinə getməməsinin səbəbini də açıqlayıb.
“Ona görə ki, “İmam Hüseyn” məscidi təmirə dayanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə məscidin təmir olunması tapşırılıb. Qərara aldım ki, bu müddətdə məscidin təmirinə nəzarət edim. Ona görə də Həcc ziyarətinə getməmək qərarını verdim”.
Hacı Əbdül Həcc ziyarətinə gedə bilməsə də, bir çoxlarının bu ziyarəti gerçəkləşdirməsini xüsusi vurğulayıb.
“Bütün müsəlmanlar Allahın evini ziyarət etməlidirlər. Tez-tez eks-prezident Ayaz Mütəllibovla bağlı sual verirlər. Yenə deyirəm: Ayaz Mütəllibov da Həcc ziyarətinə getməlidir. O zaman pak və saf olacaqlar”.
MilliYol.Az
Digər xəbərlər
loading...